12 il sonra bankların 80 faizi funksiyasız hala gələcək | Banco.az

12 il sonra bankların 80 faizi funksiyasız hala gələcək

"Gartner" tərəfindən verilən proqnozlara görə, yaxın 12 il ərzində günümüzün maliyyə qurumlarının 80 faizi, müştərilərin dəyişən təbiəti və texnoloji proseslərin təsirilə disfunksional ( funksiyasız, bir iş görməyən​) hala gələcək.

Məşhur tədqiqat və məsləhət şirkəti "Gartner"ın son proqnozları növbəti illərdə maliyyə sektorunda köklü dəyişiklər baş verəcəyini gözlər önünə gətirir.

"Gartner" tərəfindən verilən proqnozlara görə, yaxın 12 il ərzində günümüzün maliyyə qurumlarının 80 faizi, müştərilərin dəyişən təbiəti və texnoloji proseslərin təsirilə disfunksional hala gələcək.

"Gartner"in sədr müavini David Furlonger, günümüzün maliyyə nəhəngləri olan bankların, 20-ci əsrdəki iş və əməliyyat modellərini davam etdirməyə davam etmələri halında narahatlıqverici bir risklə qarşı-qarşıya olduqlarını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin hesabatına görə, qarşıdakı bir neçə il ərzində yaradılan maliyyə xidməti təchizatçıları, rəqəmsal platformalar yaradaraq və ya başqalarının platformalarında satış aparmaq üçün niş məhsullar və xidmətlər hazırlayaraq rəqəmsal iş dünyasında daha sürətli hərəkət etmək məcburiyyətində qalacaqlar.

Rəqəmsal transformasiya dünyanın bir çox yerində hər keçən gün sürətlənir. Bəzi ölkələrdə, mühafizəkar qanunlar hələ də innovasiyalara mane olur. Avstraliya, Braziliya, Çin, Hindistan və İngiltərə kimi ölkələr, dəyişikliyi sürətləndirmək üçün əllərindən gələni edirlər.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et