114 nəfər ipoteka kreditindən yararlanıb | Banco.az

114 nəfər ipoteka kreditindən yararlanıb

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) agent bankları kredit verilməsinin bərpasından sonra ümumilikdə 7,07 milyon manatdan çox - 114 ipoteka krediti təqdim edib.

Qeyd edək ki, buna qədər isə banklar altı ay müddətində ipoteka kreditləri verməyib. 2015-ci ildə ipoteka kreditlərinin həcmi 97,2 milyon manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, 2006-cı ildən bu günə qədər AİF kredit təşkilatları tərəfindən 737,88 milyon manat həcmində - 18 min 111 ipoteka krediti təqdim edilib.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et