100 min dollar ola bilərdi: - Bitcoin-in enməsinin səbəbi | Banco.az

100 min dollar ola bilərdi: - Bitcoin-in enməsinin səbəbi

Son günlər Bitcoin-in qiymətində eniş müşahidə olunur. Bunun bir çox səbəbi var. Onlara ətraflı şəkildə nəzər salaq.

2015-ci ilin sonlarında Bitcoin-in qiyməti 350-400 dollar arasında dəyişirdi. 2016-cı ildə isə 1000 dolları keçdi. Həmin vaxtdan başlayan yüksəliş dalğası 2017-ci ilin sonunadək davam etdi. Çoxları Bitcoin və kriptovalyuta sistemini kifayət qədər bilməsə də, proqnozlar verməyə başladı.

2017-ci ilin sonunda baş verən sürətli qiymət artımı əslində nələrinsə yolunda olmadığından xəbər verirdi. 20 min dollara yüksələn Bitcoin-in qiyməti bəzi xəbərsiz investorlar üçün tələ ola bilərdi. Bəlkə də Bitcoin təbii şəkildə irəliləsəydi, 2-3 min dollar olardı.

Bitcoin-in real dəyəri 100 min dollar və daha çox ola bilər. Ancaq bunun üçün zaman tələb olunur. 1 il ərzində 20 dəfə bahalaşması şübhəli və etibarsız durumdan xəbər verir.

Baş verən prosesləri dərk etmək üçün yalnız yayılan xəbərləri oxumaq və müstəqil analiz etmək kifayət deyil. Dövlətlərin gətirdiyi tənzimləməni, kriptovalyutanın tarixini, qlobal iqtisadiyyatı, şirkətlərin kriptovalyutalara olan marağını bilmək də kifayət etmir. Bu hissələrin bir pazlda cəmləşdirilməsi dolğun məlumatı ortaya qoya bilər.

2017-ci ildə yaşanan yüksəliş qlobal olaraq yaşanan böyük maraq nəticəsində yaranan bir balon idi və həmin balon tədricən sönür. Bunun səbəbi isə həmin məlumatsız investorlardır. Ancaq bu, kriptovalyutaların sonunun yaxınlaşmasına işarə deyil. Çünki dəfələrlə bazarda dalğalanma yaşansa da, Bitcoin özünü toparlamağı bacarıb.

Qlobal böhran

Yaxın gələcəkdə qlobal böhran gözlənilir. Xüsusilə, lirə, dollar, avro kimi nominal valyutalar ciddi sarsıla bilər. Belə durumlarda hər zaman qızıl və gümüş kimi qiymətli metallar rəğbət görüb. Əgər gözlənildiyi kimi qlobal böhran yaşansa, qiymətli metallarla yanaşı, Bitcoin, ETH və ya Ripple kimi kriptovalyutalar da sürətlə dəyər qazana bilər. Bitcoin 2009-cu ilin əvvəlində çıxarıldı və həmin vaxtdan bu yana qlobal böhran baş verməyib.

Yəni, kriptovalyutalar yaxın gələcəkdə proqnozlaşdırılan böhranda ilk dəfə mübarizə aparacaqlar. Onların ehtiyat valyuta kimi saxlanılması da istisna olunmur. Böhranlar hər zaman olub və olacaq. Çünki böhranlar Bitcoin-də baş verən dramatik dövrlər kimi qlobal maliyyə sisteminin balanslaşdırılmış tənzimləmələridir. Böhrandan əvvəl kriptovalyutaları dəyər vasitəsi kimi saxlamaq olar.

Sonda gəlinən qənaət budur ki, investorlar səbrli və diqqətli olmalı, yeni fürsətin yaranmasını gözləməlidirlər. Tez qərar vermək lazım deyil. Kriptovalyuta dünyasında yeni fürsətlər həmişə var.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et