10 min dollara ölümsüzlük təklif edən startap | Banco.az

10 min dollara ölümsüzlük təklif edən startap

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları tərəfindən təsis edilmiş Nectome adlı startap şüurun yüzillərlə saxlanılmasını təklif edib.

Bunun üçün beyni “dondurmaq” lazımdır. Həmdə bunu insan sağ olarkən etmək lazımdır. Bu barədə The Guardian saytı xəbər verib. Sözügedən startap maraqlı texnologiya hazırlayıb. Həmin texnologiya vasitəsilə beyni bir növ şüşəyə çevirmək olar. Tədqiqatçılar ümid edirlər ki, alimlər əldə olunmuş beyin neyronlarının surətini rəqəmsallaşdıra və artıq bu yüzillikdə insan şüurunu yarada biləcəklər. Qeyd etmək lazımdır ki, bu xidmətin qiyməti 10.000$ təşkil edir.

Startap artıq hüquqşünaslar ilə məsləhətləşib və hesab edir ki, onun təcrübələri evtanaziyanın aparılmasının icazə verildiyi ştatlarda qanuni olacaq. Gələcək müştərilər siyahısında gözləyənlərin siyahısında artıq 25 nəfər var. Onların arasında həmçinin Y Combinator akselerasiya mərkəzinin yaradıcılarından biri Sam Altman-ın da adı yer alır. O ümid edir ki, onun beyni bulud servisə yüklənəcək. Qeyd etmək lazımdır ki, Nectome dovşan beyninin saxlanmasına görə artıq Brain Preservation Foundation mükafatını əldə edib. Hal-hazırda startap böyük ölçülü beyinlərin də eyni prosesdən keçirilməsi üzərində çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et