10 iqtisadi terminin sadə izahı | Banco.az

10 iqtisadi terminin sadə izahı

Günümüzdə ixtisasca fərqli peşələrdən olan fərdlərin belə yeyəcəyi yeməkdən əmlak alqı-satqısına qədər verdikləri qərarlarda və qısacası atacaqları hər addımda iqtisadi göstəriciləri əsas aldığı hər kəscə bilinən bir şeydir. Artıq “əgər siyasətlə maraqlanmasanız, o sizlə maraqlanar” düşüncəsi, siyasət yerinə iqtisadiyyatla daha gözəl bir harmoniya sərgiləməkdədir. Bu məqsədlə Banco.az olaraq, siz dəyərli oxucularımızın internetdə oxuduğunuz və televizorda gördüyünüz iqtisadi qavramları daha rahat anlamağınız və həyatınızla bağlı kritik qərarlarınızı daha yaxşı analiz edə bilməyiniz adına 10 başlıqda iqtisadi terminləri(anlayışları) açıqlamağa çalışacağıq.

 

1) Mikroiqtisadiyyat və Makroiqtisadiyyat

Makroiqtisadiyyat iqtisadiyyatı bütövlükdə ələ alır. Makroiqtisadiyyatda bütün rəqəmlər və bütün ölkədən gələn datalar diqqət mərkəzindədir. Makroiqtisadi göstəricilərə misal olaraq, ÜDM(Ümumi Daxili Məhsul), infliyasiya dərəcəsi, işsizlik dərəcəsi, ixracat və idxalat və təbii ki valyuta məzənnələri verilə bilər. Bu sadalanan göstəricilərlə bir ölkənin cari situyasiyasını anlamaq mümkündür, elə buna görə də makroiqtisadiyyat daha geniş perspektiv təklif edir. Mikroiqtisadiyyat isə kiçik miqyaslı iqtisadi oyunçuları tədqiq edir. Fərdlərin və firmaların davranışlarına cəmlənərək onların qərarlarını qəbul etmə prosesdurlarını dərindən analiz edir. Bu iki sahə çox fərqli görünmələrinə baxmayaraq, açıq bir şəkildə bir-birləri ilə iç-içədirlər.

 

2) Fürsət Xərcləri(Alternativ Xərc)

İnsanlar daimi mübadilə içində olduqlarına görə mövcud məhdud resurslardan ötəri bəzi mövzularda seçim etmək məcburiyyətindədirlər. Beləcə istədikləri hər şeyi sahib ola bilmirlər; bəzi şeyləri digərlərinə üstünlük verməli, tərcih etməlidirlər. Fürsət xərcləriqısaca bu prosesdə tərk edilmiş digər ən yaxşı alternativlərin dəyərini xarakterizə edir. Başqa şəkildə desək fürsət xərcləri iqtisadi qərar qəbul etmək üçün qurban verilmiş maksimum dəyərdir, alternativ xərc və ya iqtisadi xərc kimi da adlandırılır. Bu xərcin sırf pul qarşılığı olmaq kimi bir məcburiyyəti yoxdur. Bir misalla açılqasaq, həftəsonu gəzməyə getmək istəyirsiniz, amma həmçinin evdə qalıb ingilis dili də çalışmaq istəyirsiniz və deyək ki gəzməyi seçdiniz. Bu situasiyada gəzməyin alternativ xərci o gün ingilis dili oxumamaq, öyrənməmək olacaq.

 

3) Tələb və Təklif

Təcrübəyə dayanaraq, İqtisadiyyat elminin təməli elə bu iki anlayışa dayanır fikrini səsləndirsək yanlış olmaz. Tələbi kobudca bir maldan almaq istəyən istehlakçı sayısı, təklifi isə satmaq istəyən satıcı sayısı yaxud satılmaq istənilən miqdar deyə ifadə edə bilərik. Bir malın qiyməti yaxud dəyəri onun tələb və təklif balansı ilə müəyyən edilir. Bir çox hallarda, tələbin artması, hər şeyin eyni qalması şərtilə, qiymət artımına səbəb olur. Eyni şəkildə təklifin artması qiymətlərin düşməsinə gətirib çıxarır. Əlavə olaraq uzunmüddətli perspektivdə, bazarın tələb və təklifi tarazlaşdırması gözlənilir.

 

4) Nisbi Üstünlük

Bazarda bir istehsalçı hər hanısa malı rəqibinə nisbətən daha az fürsət xərci ilə təmin edə bilirsə bu istehsalçı müqayisəli üstünlüyə malikdir. Sualları aradan qaldırmaq üçün bir misal verək. Belə ki iki ölkə düşünək, Yaponiya və Azərbaycan. Azərbaycan kənd təsərrüfatı mallarında nisbi üstünlüyə sahib olacaq, çünki ucuz işçi qüvvəsi, münbit torpaqlar və əlverişli hava şəraiti buna imkan yaradır. Yaponiya üçün düşünsək, yüksək işçi maaşları, xərcləri ciddi sayılacaq texniki infrastruktur və s. eyni malı ancaq daha maliyyətli şəkildə istehsal etməyə imkan yaradır. Yüksək texnologiya mallarında isə vəziyyət tam tərsinə çevriləcək, çünki bu dəfə Azərbaycan yüksək təhsilli mühəndis yetişdirmək, uyğun fabrikalar qurmaq və lazımı təməl investisiyaları gerçəkləşdirmək kimi bir sıra xərcli mərhələlər ilə üzləşəcək, hansı ki bunlar Yaponiyada mövcud olan faktorlardır. Belə ki, Azərbaycan Yaponiyayla qarşılaşdırdıqda kənd təsərrüfatı mallarında, Yaponiya isə yüksək texnologiya mallarında nisbi üstünlüyəsahib olacaq. Son olaraq da teoremdə Azərbaycanın kənd təsərrüfatı malları istehsal edib Yaponiyaya satması və ondan yüksək texnologiya malları idxal etməsi, Yaponiyanın da yüksək texnologiya malları Azərbaycana ixracedib kənd təsərrüfatı  mallarını almağı önərilir. Beləliklə hər iki ölkə bu üstünlüklərdən ən yaxşı şəkildə yararlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

 

5) Azalan Marginal(Sonuncu) Fayda

Bir çox hallarda, insanların müəyyən bir məhsul və ya xidməti istehlak etməkdən duyduqları həzz o mal və ya xidmətin təklifi artdıqca azalır. Bir nöqtədən sonra məhsulun marjinal faydası sıfıra yaxınlaşa və hətta tamamilə mənfi ola bilər. Marginal fayda şirkətlərin məhsullarının qiymətini təyin etməkdə tez-tez istifadə etdiyi bir konsepsiyadir. Bir fərd üzəridən açıqlasaq, günəş altında saatlarla gəzən və su içməmiş biri üçün ilk stəkan suyun sonuncu faydası ən yüksək olacaq, ikinci daha az, üçüncü, dördüncü və bir yerdən sonra deyək ki 9-cu stəkan artıq zərər verməyə başlayacaq, ki bura da marjinal faydanın mənfiyə düşdüyü situasiyadır.

 

6) İqtisadi böyümə və ÜDM

İqtisadi artım gəlirlərin insanların həyat səviyyəsini davamlı inkişaf etdirmək arzusunu təmin etmək və ölkələrin ümumi inkişafı üçün vacibdir. İqtisadi artım müəyyən bir müddət ərzində iqtisadiyyatda istehsal olunan bütün məhsul və xidmətlərin məbləği olan ümumi daxili məhsul (ÜDM) tərəfindən müəyyən edilir. ÜDM nominal və real olaraq əsas iki qrupa ayrılır. Nominal, inflyasiyanın təsiri düşülmədən hesablanan ÜDM-dir. Bənzər şəkildə real ÜDM isə istehsal olunmuş malların real dəyərini təmsil edən yəni inflyasiya təsirindən ayrılmış ÜDM-i göstərir.

 

8) Faiz(Uçot) Dərəcələri

Bank bir kəsə kredit verdikdə bunun qarşılığında faiz ödənişləri gözləyər. Beləliklə, pulun geri qaytarılmaması riskini və fürsət xərclərini kompensasiya etməyi hədəfləyər. Faiz dərəcələri, bir şəxsin və ya təşkilatın kredit almaq üçün nə qədər faiz ödəməli olduğunu göstərən dəyərdir. Buna görə faiz dərəcələri pul ticarətində əhəmiyyətli rol oynayır. Faiz dərəcələri günümüzdə ölkələrin mərkəzi bankları tərəfindən müəyyən pul siyasətləri və iqtisadi göstəricilər diqqətə alınaraq qərarlaşdırılır.

 

9) Pul Siyasəti

Mərkəzi banklar pulun təklifini tənzimləyərək iqtisadiyyata təsir edə bilirlər. Bunu dövlət səhmlərini almaq yaxud satmaqla və ya faiz(uçot) dərəcələrini dəyişməklə gerçəkləşdirirlər. Misal üçün pulun təklifini artırsalar, yəni dövriyyəyə əlavə pul buraxsalar bazarda pul (AZN) bollaşacaq istehlak artacaq, istehsal artacaq ÜDM artacaq iqtisadiyyat inkişaf edəcək, amma belə bir addımla inflyasiya kimi də bir problemin də start götürməsini də gözə almış olursunuz. Yəni pul siyasətlərinin üstünlükləri kimi əlverişsiz geri dönüşləri təəssüf ki mövcuddur.

 

10) İnflyasiya və deflyasiya

İnflasiya ən qısa şəkildə qiymətlərdəki daimi və nəzərə çarpan bir artışı ifadə edir. İnflyasiya artıqda individualların satınalma gücləri nisbi olaraq azalar. Beləki əlinizdəki 100 AZN ilə keçən il daha çox şey ala bilərkən, bu il pulun miqdarı eyni qalmağına baxmayaraq alına biləcək mal miqdarı/sayısı azalır. Deflyasiya isə daha az müşəhidə edilən bir vəziyyətdir və bu situasiyada qiymətlərin tutarlı və önəmli bir şəkildə aşağı doğru hərəkət edir.

İbrahim Bədəlov, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et