10 il həbs cəzası - Zavodun binasında gizli mədənçilik | Banco.az

10 il həbs cəzası - Zavodun binasında gizli mədənçilik

Rusiya hüquq-mühafizə orqanlarından verilən açıqlamaya görə, Orenburq şəhərindəki tərk edilmiş zavodun binasında Bitcoin mədənçiliyi edilən qeyri-qanuni bir obyekt aşkarlanıb.

Obyektin 60 milyon rubl dətərində elektrik mənimsədiyi ortaya çıxıb.

Profeassional bir mədənçilik

Ötən günlər ərzində qeyri-adi şəkildə elektrik istehlakını araşdıran polis Orenburq şəhərində böyük kriptovalyuta mədənçiliyi yarımstansiyası aşkar edib. Mədənçilər qapalı tikilidə qeyri-qanuni şəkildə elektrik kabelləri yaxınlıqdakı transformator mərkəzi ilə əlaqələndiriblər. Tədqiqatçılar “Matrix” filmindəki bir səhnəyə bənzətdikləri sistemin rəf üstündə rəf şəklində qurulduğunu açıqlayıb. Həmçinin həmin şəxslərin həvəskar mədənçilərin istifadə etdiyi ekran kartları ilə deyil, güclü və xüsusi ekran kartları ilə çalışdıqları bildirilib.

Ələ keçirilən ASIC cihazlarının lazımi hesablama gücünə sahib olduğu üçün böyük ehtimalla Bitcoin mədənçiliyində də istifadə olunduğu deyilir. Həmçinin, ASIC cihazlarının yüksək miqdarda elektrik enerjisi istehlak edib, yüksək istilik istehsal etdiyi üçün böyük sənaye qurğuları ilə soyudulduğu məlum olub.

Qeyri-qanuni mədənçilik təsərrüfatına çevrilən zavodun dövlətə aid olduğu və illər əvvəl bağlanıldığı bildirilir. Obyektdə 60 milyon rubl dəyərində elektrik enerjisi mənimsənilib. Mədənçilər heç bir vəsait ödəmədən ortadan qeyb olublar. Onlar ələ keçəcəyi təqdirdə, 10 il həbs cəzasına məhkum oluna bilərlər.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et