1 yaşın mübarək, Banco.az !!! | Banco.az

1 yaşın mübarək, Banco.az !!!

Banco.az olaraq ilk ad günümüzü qeyd etdik. Tədbirin necə keçirəcəyimiz haqqında çox düşünmədik. Bu bütün bankları bir araya yığmaq üçün əla fürsət idi və onu qaçırmaq olmazdı. Amma hələ ki, bütün bankları deyil, bizimlə əməkdaşlıq edən bank nümayəndələrini bir araya gətirə bildik.

Qonaqlarımız arasında rəsmi partnyorlarımız olan Kapital Bank, Unibank, Bank of Baku, Yapı Kredi Bank Azərbaycan, NBC Bank, Bank VTB Azərbaycan, Finca Azərbaycan, AccessBank, Bank Technique, Azər-Türk Bank, Muğan Bank, Dəmir Bank, AG Bank və Ultra şirkətindən gələn nümayəndələr var idi.

Məqsədimiz bir il ərzində əldə etdiyimiz nailiyyətlər ilə bağlı həm qonaqlara, həm də özümüzə hesabat vermək, gələcək planları müzakirə etmək, onların reallaşdırılması ilə bağlı bankların fikirlərini öyrənmək, ilk ad günümüzün sevincini banklar ilə paylaşmaq idi.

İşgüzar məsələlərdə bir-birinə rəqib olan, lakını qeyri-rəsmi ortamda yaxşı həmsöhbət olmağı bacaran bank nümayəndələrini bir masa arxasında səmimi söhbət etməsini görmək çox xoş idi.

Fərid İslamov (Banco.az-ın həmtəsisçisi) bütün gələn qonaqları salamladıqdan sonra, həm kollektivimizin üzvlərinə, həm də bank işçilərinə özlərini təqdim etmək imkanı yaratdı. Hər ehtimala qarşı hamı bir-biri ilə yenidən tanış oldu.

Ən sərfəli kredit üçün müraciət et

Bundan sonra Banco.az-ın bir illik nailiyyətləri, o cümlədən, yaxın və uzaq gələcəyə istiqamətlənmiş planları ilə bağlı təqdimat oldu. Bu təqdimatı isə banco.az-ın digər həmtəsisçisi Samir Abdullayev həyata keçirdi. Təqdimat zamanı bank nümayəndələrində yaranan müxtəlif suallar da cavablandırıldı, onları maraqlandıran məsələlər müzakirə olundu.

Daha sonra bizim banklar üçün hazırladığımız sürpriz bir hədiyyə var idi. Hədiyyəni təqdim etmək üçün balaca bir püşk atma həyata keçirdik və bu püşk Unibankın İctimai Əlaqələr üzrə şöbə müdiri Sülhiyyə Şirinovanı qalib etdi və beləliklə, Unibank saytımızda 3 aylıq pulsuz banner qazandı.

Daha sonra digər bank nümayəndələrinə simvolik kiçik hədiyyələr təqdim etdik. Mərasimin rəsmi hissəsi belə başa çatdı.

Həmçinin qonaqlar Banco.az-ın bir yaşı üçün hazırlanmış tortu kəsməkdə bizə yardımçı oldular və tədbir səmimi ortamda davam etdi.

Bu sevincli gündə bizimlə bərabər olan bütün qonaqlarımıza təşəkkür edirik, həmçinin gəlməyə fürsət tapmayan, lakin heç zaman öz dəstəyini əsirgəməyən tərəfdaşlarımızı da unutmuruq.

Daha böyük tədbirlərdə və yeni  xoş bəhanələr ilə görüşmək ümidi ilə... 

 

Ən sərfəli krediti almaq üçün müraciət et