1 milyon 800 min manat mənimsəyən bank müdirinə caza istənildi | Banco.az

1 milyon 800 min manat mənimsəyən bank müdirinə caza istənildi

Mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam edib.Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. 

Prokuror çıxışında M.Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovun 9 il, Vasif Həsənovun 5 il, Nalə İsgəndərovanın 4 il, Mehriban İsmayılovanın 4 il, Nuranə Kərimlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ən sərfəli kredit üçün müraciət et

Məhkəmənin növbəti iclası iyulun 7-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib. İstintaq dövründə dəymiş 1 milyon 800 min manat ziyandan 41 min 300 manatının ödətdirilməsi təmin edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et