1%-lik vergi pulun bank hesablarından nağd çıxarılmasını azaltmayıb | Banco.az

1%-lik vergi pulun bank hesablarından nağd çıxarılmasını azaltmayıb

2019-cu ilin yanvar-iyun ayları ərzində fiziki və hüquqi şəxlər bank hesablarından 1,9 milyard manat manat pul çıxarıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 27% çoxdur.

Bunu Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Gəlirlərin təhlili ilə bağlı bir faktı qeyd etməliyik ki, 2019-cu ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsi gəlirlərinin hesabatlılığında pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə Vergi Məcəlləsinin 220.12-ci maddəsinə uyğun hesablanmalı olan sadələşdirilmiş vergi üzrə büdcədaxilolmalar 19,4 milyon manat məbləğində təşkil etmişdir. Bu da nağdlaşdırılmış vəsaitin həcminin təxminən 1,9 milyard manat təşkil etməsini deməyə əsas verir. Nağdlaşdırılmış vəsaitin həcminin yüksək olması, eyni zamanda 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 26,7% artması dövlət büdcəsinin vergi gəlirlərinin yığımı prosesində yayınma risklərinin səviyyəsini göstərməklə yanaşı ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksəldilməsi istiqamətində maneələr yaradır”,- Palatanın sədri deyi.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Gülməmmədov əlavə edib ki, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş verginin 2019-cu il üçün proqnozu 2018-ci ilin icrasından təqribən 2 dəfəyə yaxın artıq həcmdə müəyyən edilmişdir ki, bu da ölkə üzrə real sektorda nağdsız əməliyyatların həcminin yüksək olduğunu əks etdirir: “Beləliklə də, 2019-cu ilin I yarımilliyinin nəticələri cari ilin sonunadək faktiki icranın daha artıq olacağını deməyə əsas verir”.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et