1 ayda 100 tondan çox qızıl aldılar | Banco.az

1 ayda 100 tondan çox qızıl aldılar

Dünya Qızıl Şurasının dərc etdiyi hesabata görə, avqustda qlobal miqyasda qızıl fondlarına təxminən 6 milyard dollarlıq pul axını baş verib. Fondların aldığı qızılın miqdarı avqustda iyul ayı ilə müqayisədə 122,3 ton artımla 2 min 733 tona yüksəlib.

Avqust ayında artan geosiyasi və siyasi risklər investorların risk iştahlarının azalmasına səbəb olub, bu vəziyyət "təhlükəsiz liman" kimi görülən qızıla tələbatı artırıb.

Qızıla tələbin artımasına qlobal faiz nisbətlərinin azalması və ABŞ-da gəlir əyrisinin tərsinə qayıtması da təsir göstərib. Çin və ABŞ arasında yaşanan gərginlik geosiyasi riskləri artırır.

Ən sərfəli kredit üçün müraciət et

Qızıl fondlarının saxladıqları qızıl miqdarı 2012-ci ildə 2 min 791 tona qalxmışdı (rekord səviyyə). 

Analitiklər qlobal iqtisadiyyatda baş verən monetar genişlənmənin və davam edən qeyri-müəyyənliklərin dəstəyi ilə 2012-ci ildəki bu səviyyənin yaxın zamanda qırılacağını güman edirlər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et