1 ABŞ dollarının sirli simvol və mənaları | Banco.az

1 ABŞ dollarının sirli simvol və mənaları

1 ABŞ dolları üzərindəki simvol və işarələrə görə bir çox söz-söhbətlərə səbəb olub. Bəs bunlardan hansıları doğrudur?

Əvvəla "thaler"a bir göz ataq. Thaler 1520-ci ildə bu günün Almaniya sərhədləri içərisində basılan gümüş sikkələrə verilən ad idi. (Əsas adı Joachimsthal bölgəsindən törəyən Joachimsthalerdəndir.) Bu gümüş sikkələr Avropada uzun müddət istifadə edildi və dərhal hamısında da bu pullara tələffüzü "dollar" olan yeni adlar verilmişdi.

1700-cü illərdə Şimali Amerikaya İngilis koloniyalarıyla gələn dollar, müstəqilliyin ardından rəsmi pul vahidi olaraq kiçik bir yenilənmə ilə dövriyyəyə girdi.

1861-ci ildə qarışıq naxış və gravürləriylə ilk Amerikan dolları dövriyyəyə girərkən  sələfi olan İspan dolları dəyər itirərək dövriyyədən qalxdı.  Bu gün də bir çox ölkənin rəsmi pul vahidi olan dollar yüksəlməyə, təsirini artırmağa başladı.

Eyni zamanda, 1 ABŞ dollarının dəyəri 4,9 sent idi. Bunun səbəbi də, bazardakı ən köhnə banknot olması idi. Bir az qəribə səslənsə də, 50 il bundan əvvəl saxlanılan  1$ bugünkü kimi istifadə edilə bilər.

Gələk işarələrə. İlkin olaraq, 1 ABŞ dollarının sağ arxa üzündəki "E Pluribus Unum"ilə başlayaq. ABŞ-ın quruluşunun simvolu olan bir şəkildə "çoxluqdan həyat tapan təklik" mənasına gəlir amma bunun yalnız bir milləti simvollaşdırmadığı, ikinci və daha güclü mənaları olduğundan da söz edilir.

Bu sözün sərbəst tərcümə ilə “seçilmiş xalq” mənasına gəldiyini söyləyənlərə qulaq assaq, ABŞ-ın quruluşundan bu yana bütün dövlətləri himayəsi altına almaq üçün ortaya atdığı bir sloqan olduğu nəticəsinə varılır.

Qartalın tutduğu oxların sayının da dünyanı idarə edən ailələri təmsil etdiyi deyilir, ancaq digər bir nəzəriyyə bu simvolu anlamağımıza kömək edir.

Ən sərfəli kredit üçün müraciət et

1 ABŞ dolları və 13 rəqəmi ilə əlaqələndirilən işarələr olduqca çoxdur. Məsələn, qartalın üzərindəki 13 ulduzla bağlı bir nəzəriyyə. 13 ulduzun mövqelərinə baxaraq iç-içə keçmiş iki üçbucaq və bu şəkildə ibarət olan bir "Davud Ulduzu" olduğu deyilir.

13 rəqəminin banknot üzərində bu cür tez- tez istifadə edilməsinin altında gizli səbəblər axtarmağa ehtiyac yoxdur, çünki təmsil etdiyi konkret bir hadisə var.

Ümumi məlumatlandırma üçün əvvəl qısa bir xülasə keçək. 13 - Şimali Amerikada Britaniya rəhbərliyində olan və müstəqillik hərəkətini başladan koloniyaların sayıdır. Hətta ABŞ bayrağındakı xəttlərin sayının 13 olmasının səbəbi də budur.

İndi də, sol tərəfdə, üzərinə ən çox nəzəriyyə çıxarılan "tamamlanmamış piramida" fiquru və altındakı MDCCDXXVI ibarəsinə nəzər salaq. Roma rəqəmləriylə yazılan bu tarix 1776-cı ili yəni ABŞ-ın müstəqilliyini işarələyir. 

Üst qisimdə yazılan "Annuit COEPTIS" "yaradıcı başlanğıcı, yeniliyi dəstəkləyir" mənasını daşıyarkən alt qisimdə iştirak edən "Novus Ordo Seclorum" nədir?

ABŞ-ın müstəqilliyi ilə və yaydığı bu fikirlərlə yeni bir dünyanın yaxınlaşmaqda olduğunu ifadə edən bu sloqan əslində "yeni dünya nizamı" olaraq iddialı mənanı daşıdığı hələ də müzakirə mövzusudur. Bu sloqanı müstəmləkəçiliyin və kapitalizmin təhdidi olaraq görənlər bir yana, azadlığın hökm sürdüyü yeni bir çağı işarələdiyi də deyilir.

Bir başqa ünsür bütün bu sloqanların Latınca yazılmış olmasıdır. Latıncada ifadə qüvvətini izah edən "quidquid latine dictum sit, Altun videtur" sözünü eşitmisiniz. Mənası isə belədir: "Hər nə söyləsəniz söyləyin, Latınca bəyan etsəniz, "dərin" bir mənaya sahibmiş kimi görünür".

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et