Zəng Mərkəzi üzrə Operator(Bakı) | Banco.az

Zəng Mərkəzi üzrə Operator(Bakı)

Vakansiya haqqında məlumat: 

 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Zəng Mərkəzi üzrə Operatorvəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Daxil olan zəngləri qəbul etmək və sualları cavablandırmaq;
  • Təşkilatın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
  • Müştərinin təklif və iradlarını qəbul edərək lazımi strukturlara yönləndirmək;
  • Zənglərin statistikasını və hesabatını təşkil etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil(maliyyə, iqtisadiyyat üzrə təhsil arzuolunandır);
  • Bank sahəsində Zəng Mərkəzi üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan və Rus dilində sərbəst danışmaq və yazmaq;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası.

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

 

Tələblərə cavab verən şəxslərdən CV – lərini [email protected]elektron ünvanına Subject/Mövzu hissəsində “Call Center” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et