Xidmət təmsilçisi (Promoter) | Banco.az
ABB

Xidmət təmsilçisi (Promoter)

Vakansiya haqqında məlumat: 

 
ABB ASC  Xidmət təmsilçisi (Promoter)” vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Alış-veriş mərkəzində quraşdırılmış stendlərdə bankın məhsul və xidmətlərinin dolayı yolla satışını həyata keçirmək;
 Bankın pərakəndə məhsul və xidmətləri ilə bağlı müvafiq blank və ərizə formalarının doldurulmasında müştərilərə yardımçı olmaq;
 Bankın pərakəndə məhsul və xidmətlərinin təşviqi və təbliği.

Vakant vəzifə üzrə tələblər:

 Yüksək ünsiyyətqurma qabiliyyəti; 
 Əla səviyyədə Azərbaycan və Rus dili biliyi.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  7 İyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Promoter” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et