Xəzinədarlıq departamentinə Direktor | Banco.az

Xəzinədarlıq departamentinə Direktor

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir);
  • Müstəqilliyi qorumaq qabiliyyəti;
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Hesabatın hazırlanması və yazışma bacarığı;
  • Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
  • Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
  • Bu vəzifədə ən az 3 illik iş təcrübəsi
  • Ünsiyyət qurabilmə qabiliyyəti;
  • Etikalı olmaq;

Əsas vəzifələri:

  • Xəzinədarlıq işinin təşkili üzrə bacarıqlara malik olması;
  • Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yüksək səviyyəli səriştəyə malik olması;
  • Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
  • Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
  • Departament işlərini planlaşdırma bacarığına malik olması;
  • Bankın maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması və qiymətləndirilməsini təşkil etməsi;
  • Risklərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin səmərəliliyinin qiymətləndirilməsinə əsaslanan daxili audit planını hazırllama;
  • Departament tərəfindən verilmiş tövsiyələrin icrasına nəzarəti həyata keçirmə;
  • Departamentin Əsasnaməsindən irəli gələn və bu əsasnamə üzrə Audit Komitəsinin ona həvalə etmiş olduğu digər işləri görmə;
  • Risklərin idarə edilməsi metodologiyasının tətbiqini və effektivliyini təhlil etmə;
  • Korporativ idarəetmənin tətbiqini və effektivliyini təhlil etmə;
  • Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və AMB-nin normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunmasını nəzarət etmə;

CV-ləri Xəzinədarlıq departamenti – Direktor mövzusu ilə[email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et