Xaçmaz filialı/Hüquqşünas (Məhkəmə qərarlarının icrası üzrə) | Banco.az
Expressbank

Xaçmaz filialı/Hüquqşünas (Məhkəmə qərarlarının icrası üzrə)

Vakansiya haqqında məlumat: 

Expressbank

“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.

Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.

Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.

İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət  Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.

Vəzifə: Xaçmaz filialı/Hüquqşünas (Məhkəmə qərarlarının icrası üzrə)

Tələblər:

- Ali hüquqi təhsil;
- Problemli kreditlərlə iş sahəsində müvafiq təcrübə;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili bilənlərə üstünlük verilir;
- Microsoft Word və Excell proqramlarında işləmək bacarığı ;
- Komandada işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

- Barəsində məhkəmə aktı çıxarılmış problemli kreditlərin həllinə nəzarət etmək;
- Mövcud olan, barəsində məhkəmə aktı çıxarılmış problemli kreditlərin təhlilinin aparılması, görülən işlər barədə hesabatların təqdim edilməsi;
- Qarşılıqlı razılıqla vədləşdirilmiş kredit ödənişləri üzrə hər hansı gecikmələr və ya borcun ödənilməsində digər problemlər yarandıqda, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
- Borcun ödənilməsinə dair borcalanla danışıqların aparılması, ünvanlara səfərlər və s.; 
- Problemli kreditlərin və borcluların uçotunun aparılması;
- Məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin tətbiqinə nəzarət etmək;
- İpoteka təminatlı kreditlər üzrə ipotekaların hərracda satışına və bununla bağlı qanunla müəyyən olunmuş digər tədbirlərin vaxtında tətbiq edilməsinə nəzarət etmək;

Biz sizə nələr təklif edirik:

- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla  tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda  Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et