Verilənlər Bazasının İdarə Edilməsi Şöbəsində Aparıcı və Baş Mütəxəssis | Banco.az
Kapital Bank

Verilənlər Bazasının İdarə Edilməsi Şöbəsində Aparıcı və Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

İT İnnovasiya və İnkişaf Departamentinin Verilənlər Bazasının İdarə Edilməsi Şöbəsində Aparıcı və Baş Mütəxəssis

Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentin Verilənlər Bazasının İdarə Edilməsi Şöbəsində Aparıcı və Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Oracle və MS SQL Server VB fasiləsiz işləməsinin və təhlükəsizliyinin təmin edilməsi;
• Məlumat bazalarının  nüsxələrinin alınması və müxtəlif qəza (crash) vəziyyətlərində bərpa edilməsi;
• Oracle Verilənlər Bazasında yaşanan performans problemlərinin təhlil və həll edilməsi;
• Oracle Verilənlər Bazasının yeni versiyalarına keçirilməsi və ha belə mövcud versiyalarda PSU/patch-ların tətbiq edilməsi (Upgrade/patching).       

Tələblər

• Texniki sahə üzrə ali təhsil;
• Oracle Verilənlər Bazasının idarəedilməsi üzrə minimum 3 illik iş təcrübəsi;
• SQL və PLSQL üzrə biliklər;
• RMAN backup/recovery,  Data Guard üzrə iş bacarıqları;
• Oracle ASM/RAC üzrə biliklər və iş bacarıqları;
• MS SQL Server üzrə idarəetmə macarıqları (monitoring, backup/recovery);
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Verilənlər Bazası” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et