Uyğunluq şöbəsinin mütəxəssisi | Banco.az
AFB Bank

Uyğunluq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Risklərin idarə edilməsi departamentinin uyğunluq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Uyğunluq şöbəsinin mütəxəssisi


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • PL/TMM ilə mübarizə sahəsində iş təcrübəsi arzu olunandır;
  • Dərin analitik bacarıqlar, böyük baza ilə işləmək qabiliyyəti;
  • Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələbləri yüksək səviyyədə mənimsəmək qabiliyyəti;
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
  • Güclü MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;
  • Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

  • MMX-ya göndərilən hesabatların hazırlanması;
  • Gündəlik və dövri olaraq müştəri əməliyyatlarını moitorinq edib şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması və onların təhlil edilməsi;
  • Nəzarət orqanlarından və müxbir banklardan daxil olan sorğuların cavablandırılması;
  • Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatlarının hazırlanması, təhlil və təqdim edilməsi;
  • Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumat araşdırılması və təhlilin həyata keçirilməsi;
  • FATCA və CRS üzrə hesabatların hazırlanması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Uyğunluq şöbəsinin mütəxəssisi qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et