Ümumi şöbənin Aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Ümumi şöbənin Aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Hüquq və təşkilati işlər departamenti, Ümumi şöbənin Aparıcı mütəxəssisi vəzifəsinə  işə qəbul elan edir.

Ümumi şöbənin Aparıcı mütəxəssisi

İş barədə məlumat:

  • İclasların çağırılmasını təşkil edir, protokollarını aparır, qəbul olunmuş  qərarların icrasına nəzarət edir;
  • Iclaslarda katibin funksiyalarını yerinə yetirir,  qəbul edilmiş qərarları Bankın aidiyyəti strukturlara çatdırır;
  • Bankın korporativ idarəetmə standartlarının layihəsinin hazırlanmasında iştirak edir ;
  • Kargüzarlıq və sənəd dövriyyəsi barədə bankdaxili qaydaları işləyib hazırlayır, müvafiq təsdiqdən sonra onun icrasını təmin edir;
  • Iclasların gündəliyi,  iclasların keçirilmə yeri və vaxtı barədə müraciətləri hazırlayır, keçirilməsi üzrə  bütün təşkilati işləri həyata keçirir;
  • Bankın sənədlərinin  kargüzarlıq qaydalarına uyğun hazırlanmasını, rəsmiləşdirilməsini və qeydə alınmasını təşkil edir.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində iş təcrübəsi;
  • Azərbaycan dilini  mükəmməl səviyyədə bilmə qabiliyyəti;
  • Kompüter proqramları ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 31  Iyul 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ümumi şöbənin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et