Texniki dəstək şöbəsinin Mütəxəssisi | Banco.az
Bank BTB

Texniki dəstək şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC İT departamentinin Texniki dəstək şöbəsinin Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Texniki dəstək şöbəsinin Mütəxəssisi

İş barədə məlumat:

  • Bankın struktur bölmələrində proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemləri həll edir və bu problemlərin həllində onlara köməklik göstərir.
  • Proqram və texniki vasitələrin işlək vəziyyətdə olması və işin ahənginin pozulmaması üçün məsuliyyət daşıyır.
  • Proqram və texniki vasitələrin İT departamentinin qaydalarına və prosedurlarına uyğun olaraq quraşdırır və bankın struktur bölmələrinə təhvil verir.
  • Proqram və texniki vasitələrin quraşdırılmasında ıştirak edir.
  • İT “Help Desk”-də bankın struktur bölmələrində ortaya çıxan problemlərin qeydiyyatını aparır, problemlərin həlli yollarını tapır, çətinliklərlə rastlaşdıqda departamentin başqa şöbələrinin mütəxəssislərini cəlb edir.

 

Namizədə tələblər:

  • ali təhsili;
  • ingilis və rus dili bilikləri;
  • sərbəst düşünmə və qərar vermə qabiliyyəti;
  • kompüter texnologiyaları sahəsində biliklərə malik olmalı;
  • kollektivdə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-niazərbaycan dilində 30 Aprel, 2019–ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Texniki dəstək şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et