Texniki Dəstək şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis | Banco.az
Ziraat Bank Azərbaycan

Texniki Dəstək şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə

 Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Texniki ali təhsil;
  • Effektiv, yaxşı strukturlaşdırılmış kodun yazılması bacarığı;
  • Şəbəkə texnologiyaları üzrə biliklər;
  • Özgə kodu anlama bacarığı;
  • İnformasiya təhlükəsizliyi üzrə biliklər;
  • Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;
  • Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;
  • HP, IBM və Dell server avadanlıqları üzrə işləmək bacarığı;
  • Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;
  • Yedəklənmə texnologiyaları: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;
  • Antivirus sistemləri ilə işləmək bacarığı;
  • Linux/Unix əməliyyat sistemi ilə işləmək bacarığı;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Müvafiq sahə üzrə 3 il təcrübə.   

Vəzifə öhdəlikləri:

  • Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;
  • Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Elektron poçtun işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;
  • Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
  • Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;
  • Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;
  • Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;
  • Yedəklənmə sistemlərinin adminstrasiyası;
  • Proqram təminatının monitorinqlərinin aparılması;
  • Sistem problemlərinin həlli və diaqnostikası;
  • Avadanlıqların quraşdırılması və sazlanması;
  • Dəyişikliklərin sənədləşdirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 15-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində TEXNİKİ DƏSTƏK qeyd etməyiniz vacibdir.

Ən sərfəli krediti almaq üçün müraciət et