Tərəfdaşlarla iş və alternativ satışlar üzrə mütəxəssis | Banco.az
AGBank

Tərəfdaşlarla iş və alternativ satışlar üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

Əsas Tələblər:

İqtisadi təhsil
Satış sahəsində azı 1 il iş təcrübəsi. B2B, Bank və Sığorta sahəsində iş təcrübəsi arzu olunandır
Azərbaycan, Rus dillərini sərbəst bilməli, İngilis dili yaxşı səviyyədə olmalıdır
MS Office proqramlarını bilməli
İnandırma qabiliyyəti, ünsiyyətli, cəlb etmə bacarığı, pozitiv və aktiv, təşəbbüskar və idarəetmə keyfiyyətləri olmalı. Yüksək təqdimat bacarığı və xoş xarici görünüş
Sürücülük vəsiqəsi arzu olunandır
Yaş həddi 22-30 arası

Vəzifə öhdəlikləri:

Tərəfdaş şəbəkəsinin idarə edilməsi şöbəsinin strateji inkişafının planlaşdırılması
Satış statistikasının təhlili
Pərakəndə bank məhsul və xidmətlərinin satışı, yeni tərəfdaşların cəlb edilməsi
Satış proseslərin reallaşdırılması və tərəfdaş şəbəkəsinin genişlənməsi
Rəqiblərin durumunu və bazar dəyişikliklərin təhlili
Şöbənin iş metodlarının inkişafı və həyata keçirilməsi
Riskli portfellər haqqında planlaşdırma və proqnozlaşdırma aparmaq
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması

Ən sərfəli krediti almaq üçün müraciət et