Təlim və inkişaf şöbəsinin müdiri | Banco.az

Təlim və inkişaf şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər

  • Ali təhsil (iqtisadiyyat üzrə);
  • Məsuliyyətli olmalı;
  • Komandada işləmə bacarığı,
  • Ünsiyyət qurabilmə qabiliyyəti;
  • Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
  • Təlimlərin idarəedilməsi sahəsində minimum 3 il iş təcrübəsi;

Əsas vəzifələr

  • Bankın strateji məqsədlərinin inkişafının həyata keçirilməsində iştirak etmək;
  • İşçinin peşəkar hazırlıq səviyyəsinin nəzərə alınması və  inkişafına  nəzarət;
  • Müəyyən edilmiş dövr üzrə işçinin qarşıya qoyulmuş hədəflərin, habelə vəzifə təlimatlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi səviyyəsini müəyyən etmək;
  • Bank üzrə qiymətləndirmə formaları və xüsusiyyətlərinin müəyyən edilməsi;
  • Müəyyən dövr üzrə işçinin hədəflərinin müəyən edilməsinə nəzarət;
  • İşçilərin qarşısında qoyulan öhdəliklərin yerinə yetirilməsi üçün təlimə olan tələblərinin müəyyən edilməsi;
  • Təlimin planlaşdırılması , təlim və təkmilləşdirilmə proqramlarının seçilməsi və tətbiqi;
  • İşçilərin karyerasının planlaşdırılması perspektivlərinin müzakirə edilməsi və məqsədə uyğun olduqda vəzifədə irəliləyiş məsələllərinə baxılması;
  • İşçilərin qiymətləndirmə əsasında daxili və xarici təlimə olan ehtiyaclarını araşdırmaq;
  • Təlim büdcəsinin müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Daxili təlim materiallarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;
  • Daxili attestasiya qaydalarının müəyyən edilməsi;

CV-ləri təlim və inkişaf şöbəsi  müdir  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et