Təlim və İnkişaf şöbəsi | Banco.az
ABB

Təlim və İnkişaf şöbəsi

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Təlim və İnkişaf şöbəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bank  daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
 Bankın təlim strategiyasının formalaşdırılmasında və həyata keçirilməsində iştirak;
 Təlim və inkişaf proqramlarının hazırlanması və genişləndirilməsi üçün müvafiq işlərin görülməsi;
 Təlimin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsi, təlim mərkəzləri ilə işin koordinasiyası;
 Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşmə üçün tövsiyələrin verilməsi;
 Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və əməkdaşların işində treyninqin qazandırdığı töfhələrin qiymətləndirilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi təhsil;
 Yüksək ünsiyyətqurma qabiliyyəti; 
 Əla səviyyədə təşkilatçılıq bacarığı
 Sahə üzrə minimum 2 il iş təcrübəsi;
 Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.

Bu iş sizə nələri qazandıracaq:

 İnsan Resurslarının idarə edilməsinin müxtəlif istiqamətlərində özünü inkişaf etdirmək və təcrübə toplamaq imkanı;
 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  23 May 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təlim və İnkişaf  üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et