Telemarketinq şöbəsinin mütəxəssisi | Banco.az

Telemarketinq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,

“Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçünwww.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Telemarketinq şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 22-30 
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: vacib deyil 
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) mütləqdir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı 

Əsas vəzifə öhdəlikləri

• Telefon vasitəsilə sığorta məhsullarının satışı 
• On-layn alış və sorğuların cavablanması və monitorinqi 
• Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 - 18:00
• İş günü 6/1
• Sabit əmək haqqı + aylıq motivasiya

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir ) və yaxud 012 (940) nömrəsinə zəng edə bilər

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et