Kapital Bank
Telemarketinq bölməsinin Kiçik mütəxəssisi
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin Satış kanalları şöbəsinin Telemarketinq bölməsinin Kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Müştərilər tərəfindən kredit məhsulları ilə bağlı daxil olan müraciətləri zəng vasitəsi ilə cavablandırmaq
- Müştərilərə kredit məhsullarının satışı məqsədi ilə “soyuq” satış zəngləri etmək
- Bankın sosial şəbəkələrdəki səhifələrinə kredit əldə etməklə bağlı müraciət edən müştərilərə zəng etmək
- Potensial müştəriləri təhlil edir və rəsmiləşdirilə biləcək kredit məhsulu və kredit məbləğini müəyyən etmək
- Potensial müştəriləri Bankın filiallarına yönləndirir və kredit verilməsi prosesini sona qədər təqib etmək
- Müştərilərə müxtəlif sorğuların keçirilməsi məqsədi ilə zənglər etmək və s.
Tələblər
- Ali təhsil
- Əla ünsiyyət qurma və izah etmə qabiliyyəti
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydındiksiya, detallaradiqqətyetirməkqabiliyyəti
- MS Office proqramlarıüzrəbiliklər
- Komanda tərkibində işləmək bacarığı
- Əla səviyyədə Azərbaycan və yaxşı səviyyədə Rus dili biliyi
CV-lərinizi, mövzu hissəsində“Telemarketinq bölməsininKiçikmütəxəssisi”qeyd etməklə [email protected]e-mail ünvanına göndərə bilərsiniz.