TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN RƏİSİ | Banco.az

TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN RƏİSİ

Vəzifələr: 

Bankın mülkiyyətində və istifadəsində olan ofislərinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının mühafizəsinin təşkil edilməsi;

Bankın ofislərinin müvafiq yanğın-mühafizə siqnalizasiya vasitələri ilə təchiz olunmasının təşkilinə və siqnalizasiya sistemlərin işlək vəziyyətdə olmasına nəzarət edilməsi; 

Nağd pulların və digər qiymətlilərin daşınması və saxlanılması təhlükəsizliyinin təşkil edilməsi;
Bankda yüksək riskli zonaların təhlükəsizliyinin təmin olunmasının, xüsusi nəzarətdə saxlanılmasının həyata keçirilməsi;

Bankın obyektlərinin mühafizəsini həyata keçirilməsi, obyektlərdə siqnalizasiya vasitələrini quraşdıran və onlara texniki xidmət göstərən orqanlarla və xidmətlərlə əlaqənin saxlanılması və mühafizə sistemində yaranan hər-hansı qüsurun aradan qaldırılması;

Bankın obyeklərinin mühafizəsini həyata keçirmək məqsədi ilə təhlükəsizlik işçilərinin təlimatlarının hazırlanması və icrasının həyata keçirilməsi;

Bankda buraxılış sistemini təşkilinə və ona riayət olunmasına nəzarət edilməsi;

Bankın filial və şöbələrindən kənar nöqtələrdə quraşdırılmış bankomatların nağd  pullarla yüklənməsi və inkassasiya olunmasında təhlükəsizliyin təmin edilməsi;

Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin təmin edilməsi;

Bank barəsində qeyri-səlis məlumatların yayılması nəticəsində mənəvi zərər dəyməsinin qarşısının alınması üzrə tədbirlər görülməsi;

Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq təlim planının hazırlanılması, bütün işçilərə təlimin keçirilməsi;

Bank sirri və kommersiya sirri təşkil edən sənədlərin hərəkətini nəzarətdə saxlanılması;
Bankda baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə bankdaxili qaydalara əsasən daxili araşdırmanın aparılması;

Bankda konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görülməsi;

Bankın elektron ödəniş sistemlərində dələduzluq faktları barədə araşdırma aparılması;

Bankın idarəetmə orqanları tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsi.

Namizədlər üçün tələblər: 

Ali təhsil;

Təhlükəsizlik sahəsində minimum 3 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;

Bank təhlükəsizliyi sahəsində təcrübə mütləqdir;

Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);

Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;

Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;

İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;

Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et