Təhlükəsizlik xidmətinə baş mütəxəssis | Banco.az

Təhlükəsizlik xidmətinə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Təhlükəsizlik xidmətinə baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

  • Bankda mühafizənin təşkili və ona nəzarəti həyata keçirmək;
  • Mühafizəni həyata keçirən və ona texniki dəstək verən təşkilatlarla daima əlaqədə olmaq;
  • Daxili araşdırmalar aparmaq; 
  • İş sahəsi üzrə hesabatlar tərtib etmək;
  • İşçilərin Bank tərəfindən verilmiş Buraxılış Kartlarının olmasına nəzarət etmək;
  • Bankın əsas binasında  “Bankın Daxili Buraxılış Rejiminə” nəzarət etmək, və hər hansı bir nöqsan, təhlükəsizlik qaydalarının pozulması, şübhəli şəxs və əşya gördükdə xidməti tədbir görmək və xidmət rəisinə hesabat vermək;
  • Bankda yüksək riskli zonaların təhlükəsizliyinə  xüsusi nəzarət etmək;
  • Yaranan zərurətlə əlaqədar, və xidmət rəisinin tapşırığına əsasən, banka məxsus olan digər yerlərə, filiallara, rayonlara ezam olunmaq, və tapşırılmış işin nəticəsi barədə xidmət rəisinə hesabat vermək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Təhlükəsizlik sahəsində minimum 4 il iş təcrübəsinin olması;
  • Bank təhlükəsizliyi sahəsində ən azı 2 il təcrübə mütləqdir;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
  • Analitik bacarıqlar, insanları tanıma qabiliyyəti;
  • Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
  • Hesabatların, arayışların tərtib edilməsi, kompüterdən sərbəst istifadə etmə bacarığı;
  • Fiziki cəhəddən sağlam, gərginlik və stress şəraitində işləmə bacarığı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
  • Məxfilik, diqqət, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 dekabr  2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Təhlükəsizlik xidmətinə baş mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır. 

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et