Təhlükəsizlik departamentinin direktor müavini | Banco.az
Rabitəbank

Təhlükəsizlik departamentinin direktor müavini

Vakansiya haqqında məlumat: 

“Rabitabank” ASC Təhlükəsizlik departamentinin direktor müavini vakansiyası üzrə işə qəbul elan edir.

Azərbaycanın ilk özəl banklarından biri və 24 illik tarixə malik olan “Rabitəbank” ASC ölkədə dayanıqlılığı və etibarlılığı ilə fərqlənən iri Banklar sırasındadır. Bu fərqliliyin təməlini qoymaqda yorulmadan səy göstərən peşəkar kollektivimizlə fəxr edir, Sizi də bu kollektivdə görmək ümidi ilə “Rabitəbank”ın maraqlı korporativ həyatına qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

• Təhlükəsizlik Departamentinin fəaliyyətinin Əsasnaməyə uyğun aparılmasını təmin etmək;
• Təhlükəsizlik Departamentinin əməliyyat planının icra olunmasını təmin etmək;
• Təhlükəsizlik xidmətinə dair metodologiyanı hazırlamaq, zərurət yarandıqda təkmilləşdirmək və tətbiqini təmin etmək;
• Təhlükəsizlik qayda və prosedurların icra statusuna dair  müvafiq  hesabatlıq sistemini yaratmaq və onun aparılmasını təmin etmək ;
• Təhlükəsizlik sistemlərinin monitorinqlərini mütəmadi olaraq həyata keçirmək; 
• Təhlükəsizlik sistemlərinin sabit və effektiv fəaliyyətini təmin etmək, habelə onların təkmilləşdirilməsinə və inkişafına dair bankın rəhbərliyinə təkliflər vermək;
• Təhlükəsizlik xidməti əməkdaşlarının fəaliyyətinə nəzarət etmək;
• Təhlükəsizlik sahəsində aidiyyəti strukturların fəaliyyətinə nəzarət etmək;
• İşçilər və kənar şəxslər tərəfindən Banka təhlükə yarada biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirləri həyata keçirmək.
 
Namizədə olan tələblər:

• Ali təhsil;
• Bu və yaxud oxşar sahələrdə azı 5 il, rəhbər vəzifələrdə azı 2 il iş təcrübəsi; 
• Giriş təhlükəsizliyini təmin edən cihazlar üzrə texniki biliklər və iş təcrübəsi;
• Barmaq izi kontrol cihazları üzrə texniki biliklər və iş təcrübəsi;
• Video-müşahidə cihazları üzrə texniki biliklər və iş təcrübəsi;
• Təhlükəsizlik tədbirlərin təşkil olunması sahəsində iş təcrübəsi;
• Fiziki təhlükəsizliyin təşkil edilməsi üzrə iş təcrübəsi;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Yüksək kommunikasıya qabiliyyəti;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Təşəbbüskarlıq; 
• Stressə davamlılıq;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Təhlükəsizlik departamentinin direktor müavini göstərməyiniz xahiş olunur. 
Qeyd etmək istərdik ki, yalnız yuxarıda sadalanmış səriştələrə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et