TƏCRÜBƏ PROQRAMI | Banco.az
Rabitəbank

TƏCRÜBƏ PROQRAMI

Vakansiya haqqında məlumat: 

Azərbaycanın dayanıqlı, etibarlı, 25 illik tarixə malik olan bankı - “Rabitəbank” ASC aşağıda göstərilmiş sahələrə ali təhsilli, gənc, potensialı yüksək, kreativ və təşəbbüskar, pozitiv və ən əsası  iş təcrübəsi olmayan gənc namizədləri dəvət edir:

• Müştəri xidməti sahəsi Baş ofis, Bakı şəhəri və rayon filialları (əməliyyatçılar, müştəri xidmətləri təmsilçiləri)
• Təşkilatçılıq və kargüzarlıq sahəsi (mütəxəssislər, rəhbər assistentləri)

Vakansiyalar üzrə tələblər:

• Ali təhsil
• Mükəmməl dil bilikləri: Azərbaycan, Rus, İngilis (upper-intermediate)
• Kommunikasiya qurma bacarıqları
• Microsoft Office proqramlarında işləmə bacarığı
• İşgüzar xarici görünüş
• Tez öyrənmə qabiliyyəti
• Analitik düşüncə tərzi

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa, özünüzü bank sahəsində peşəkar kimi yetişdirməyə hazırsınızsa, yeni biliklər və təcrübə qazanmaq istəyirsinizsə CV-lərinizi [email protected]mail ünvanına göndərməyiniz xahiş olunur. Mailın başlıq hissəsində müraciət etdiyiniz sahəni göstərməyi unutmayın.

*Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yuxarıda qeyd olunmuş kriteriyalara uyğun olan, ilkin seçimdən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Bütün gənclərimizə bol şanslar diləyirik!

Ən sərfəli krediti almaq üçün müraciət et