TƏCRÜBƏ PROQRAMI | Banco.az

TƏCRÜBƏ PROQRAMI

Vakansiya haqqında məlumat: 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali  təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər:

- İqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, IT və ya hüquq sahələri.

Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

-  Məntiqi və analitik düşünmə qabiliyyəti;

- Xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başadüşmə qabiliyyəti;

- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)

- Ünsiyyət və təqdimat bacarığı.

Təcrübəçikimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hərbirinə Mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir  (saat 9:00 – 12:30 vəya 14:30-18:00) vəödənişsizdir.

Proqrama qoşulmaq istəyənlərdən 20 avqust 2017-ci il tarixinə kimi [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xaricidil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələrivəya  buradan qeydiyyatdan keçmələri xahiş olunur.

Nəzərinizəçatdırmaqistəyirikki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

Şirkət: 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Ən sərfəli krediti almaq üçün müraciət et