Təcili pul köçürmələr | Banco.az
Kapital Bank

Təcili pul köçürmələr

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Bank Məhsulları Departamentinin Xidmət şöbəsinin Təcili pul köçürmələri bölməsində Mütəxəssis, Aparıcı mütəxəssis və ya Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bakın əməkdaşlıq etdiyi pul köçürmə sistemləri ilə qarşılıqlı əməkdaşlığın təşkili;
  • Təcili pul köçürmələri üzrə bankın daxili tarif şərtlərinə ümumi olaraq nəzarət edilməsi;
  • Xarici və yerli ödəniş sistemləri ilə müştərək layihə və kampaniyalarla bağlı əməkdaşlığın qurulması;
  • Bankdaxili pul köçürmələri proseslərinin və qaydalarının hazırlanmasında iştirak etmək.

Tələblər

  • Ali iqtisadi, riyazi təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Qərarvermə və problem həlletmə qabiliyyəti;
  • Bank qanunvericiliyi ilə bağlı biliklərə malik olmaq; 
  • Sahə üzrə minimum 2  illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və Rus dili bilikləri (İngilis dili biliyinin olması arzuolunandır);  
  • MS Office proqramları - xüsusilə Excel üzrə biliklər.

CV-lərinizi, mövzu hissəsində “Təcili pul köçürmələri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.


Ən sərfəli krediti almaq üçün müraciət et