"Sumqayıt" filialının müdiri | Banco.az

"Sumqayıt" filialının müdiri

Vakansiya haqqında məlumat: 

“TCF” Bank olmayan kredit təşkilatı ASC "Sumqayıt" filialının müdiri vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsini təmin etmək;
  • Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
  • Filialın portfelinin keyfiyyətli idarə olunması;
  • Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;
  • Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək;
  • Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
  • Əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Lizinq, bank və ya bank olmayan kredit təşkilatında ən azı 2 (iki) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını ("Sumqayıt" filialının müdiri) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvanlara təqdim edilə bilər:

Baş İdarə

Ünvan: Bakı şəh., Binəqədi Rayonu, Ə. Naxçıvani, ev 3066-cı məhəllə

“Sumqayıt” filialı

 Ünvan: Sumqayıt şəh., M.Əsədov, 53-cü məhəllə

Faks: (99412) 563 23 27

Şirkət: 
“TCF” Bank olmayan kredit təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et