Subroqasiya şöbəsinin mütəxəssisi | Banco.az

Subroqasiya şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Subroqasiya şöbəsinin mütəxəssisi

İşin məqsədi:

Reqress və subroqasiya işləri üzrə sığorta şirkətləri, fiziki və yaxud hüquqi şəxslərdən məhkəmə prosedur qaydasında sığorta ödənişlərinin şirkətə qaytarılmasını təmin etmək 

Namizədə olan tələblər:

• Yaş:   25-40
• Cinsi: kişi
• Təhsil: ali
• İş təcrübəsi: 2 il hüquq sahəsində təcrübə (məhkəmə işləri üzrə təcrübə vacibdir)
• Dil bilikləri: Azərbayan, rus (arzu ediləndir)
• Kompyuter bilikləri: MC Office

• Əlavə bilik və bacarıqlar: Avtomobilin olması arzu ediləndir

İş şərtləri

• İş vaxtı: 09.00 – 18.00
• İş günü 5/2  
• Əmək haqqı: 600 AZN net
• Rüblük motivasiya
• Ölkə daxili ezamiyyətlər

Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən xahiş olunur, öz CV formalarını [email protected] ünvanına göndərsinlər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et