Strateji Planlama şöbəsinə Mütəxəssis | Banco.az

Strateji Planlama şöbəsinə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Strateji İnkişaf Departamentində Strateji Planlama şöbəsinə mütəxəssis vakansiyası üçün namizədləri seçim prosesinə dəvət edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Rəqib banklar, məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
• Bankın inkişaf perspektivlərinin araşdırılması və bu sahədə təkliflərin hazırlanması;
• Regionlarda rəqabət mühitinin təhlili, mövcud və potensial  inkişaf perspektivlərinin araşdırılması;
• Regionlarda iqtisadi sektorların fəaliyyəti üzrə statistik məlumatların toplanması və sektorların gələcək inkişafı proqnozlarının verilməsi;
• Strateji məqsədlərə çatmaq üçün əsas göstəricilərin təhlili və rəqəmsəl plan göstəricilərin hazırlanması;
• Strategiyanın işçilərə çatdırılması istiqamətində qısa icmal kitabçasının hazırlanması;
• Statistik məlumatların toplanması;
• Makroiqtisadi arayışların hazırlanması;
• Bankın struktur bölmələri üzrə fəaliyyət planlarının hazırlanması.
               
Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi);
• Komandada işləmək bacarığı olmalı;
• Strateji idarəetmə sahəsində biliklərinə sahib olmalı;
• Ümumi bank işi və idarəetmə bacarıqlarına malik olmalı;
• Analitik və yaradıcı düşüncə tərzinə sahib olmalı;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı; 
• Azərbaycan dilini mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
• Statistik biliklərə sahib olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 31 avqust 2016-cı il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji Planlama şöbəsinə Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et