Strateji İnkişaf Departamentinə mütəxəssis | Banco.az

Strateji İnkişaf Departamentinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Strateji İnkişaf Departamentinə mütəxəssis vakansiyası elan edir.

İşin təsviri:

  • Ölkə və dünya iqtisadiyyatı, maliyyə bazarlarının təhlilinin aparılması;
  • Bank sektorunun izlənilməsi və inkişaf tendensiyalarının təhlilinin aparılması;
  • Bankın uzunmüddətli maliyyə planının qurulması layihəsində iştirak;
  • Hədəflərin yerinə yetilməsi barədə hesabatın hazırlanmasında iştirak;
  • Bankın Strateji baxışının və missiya hesabatının hazırlanması;
  • Strateji inkişaf planının layihəsinin hazırlanması və bu plan əsasında illik taktiki planların layihəsinin hazırlanması və təhlil edilməsi;
  • Strateji inkişaf planının və taktiki planın icrasının təhlili;
  • Strateji hədəflərin icrası barədə illik hesabat layihəsinin hazırlanması;
  • Bankın göstərdiyi bazarı və rəqiblər tərəfindən təklif olunan məhsul və xidmətlərin izlənməsi və inkişaf tendensiyalarının təhlili;
  • Uzun müddətli maliyyə planının layihəsinin hazırlanılması;
  • Maliyyə planının planlaşdırılmış və faktiki icra göstəriciləri arasında yaranan fərqlərin təhlili;
  • Maliyyə planına düzəlişlərin edilməsi barədə təkliflərin verilməsi;
  • Gəlir və xərc maddələrinin təhlil edilməsi;
  • Optimallaşdırma və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsi;
  • Maliyyə planlaşdırılması prosesinin təkmilləşdirilməsi barədə müvafiq təkliflərin verilməsi.

Namizədə qarşı tələblər:

  • Komandada işləmək bacarığına malik olmalı;
  • Ali təhsil (maliyyə, iqtisadi sahələrdə);
  • Analitik və yaradıcı düşüncə tərzi olmalı;
  • Sözügedən sahədə minimum 2 illik iş təcrübəsi;
  • İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;
  • Yaxşı təhliletmə və təqdimat bacarığı olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 sentyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Strateji İnkişaf Departamentinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et