Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Kapital Bank

Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Maliyyə Menecmenti Departamentinin Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis

Ümumi məlumat

Kapital Bank namizədləri Maliyyə Menecmenti Departamentində Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. 

 

Öhdəliklər

  • Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
  • Bank strategiyasının həyata keçirilməsinə dəstək məqsədi ilə dövri olaraq xarici və daxili mühitin təhlili;
  • Bank üzrə korporativ, biznes və funksional strategiyanın hazırlanması prosesində aktiv iştirak;
  • Bank üçün strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsi;
  • Mövcud şəraiti nəzərə almaqla yeni biznes imkanlar barəsində ideyaların təklif edilməsi;
  • Qurulmuş kanal və vasitələr ilə Strategiyanın izlənməsi və monitorinqi;
  • Problemlərin strukturlaşdırılmış həlli proseslərinin və layihələrin idarəedilməsi bacarıqlarının strateji layihələrdə tədbiq edilməsi;
  • Aşkar edilmiş məqamlar barədə tövsiyyələrin və təhlinin maraqlı tərəflər üçün hazırlanıb işlənməsi;
  • Bütün Bankı əhatə edəcək Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılması;
  • Korporativ mərkəz daxilində illik əməliyyat planlama prosesində iştirak;

 

Tələblər

  • Strateji layihələrin müstəqil idarəedilməsində təcrübə; 
  • Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
  • Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
  • Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
  • Sahibkarlıq ruhu və yaradıcılıq qabiliyyəti;
  • Güclü kritik düşünmə və biznesə maraq;
  • Mükəmməl yazılı və şifahi ünsiyyətqurma və təqdimat bacarığı;
  • Yüksək səviyyədə şəxsi keyfiyyətlər;
  • MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;

 

CV-lərinizi, mövzu hissəsində “Strategiyanın İdarə Edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməklə recruitment@kapitalbank.az  e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç