Stajçı | Banco.az
FINCA Azerbaijan

Stajçı

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Marketinq Departamenti üçün Stajçı vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Əsas vəzifə öhdəlikləri:

  • Reklam və əlaqəli marketinq bazasının daim yenilənməsi;
  • İctimaiyyətlə əlaqələr üzrə tədbirlərin təşkilində dəstək;
  • KİV kataloqunun yenilənməsi;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılması ilə əlaqəli tədbirlərdə iştirak;
  • İş prosesində yarana biləcək digər fəaliyətlərdə dəstək.

Yalnız aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:

  • Marketinq sahəsinə maraq;
  • Kompüter, MS Office istifadə qaydaları haqqında məlumatlı;
  • Əla ünsiyyət və komanda işi vərdişləri;
  • Azərbaycan dilində sərbəst danışmaq. 

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 28 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№069/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87

Ən sərfəli krediti almaq üçün müraciət et