SQL Developer | Banco.az

SQL Developer

Vakansiya haqqında məlumat: 

SQL DEVELOPER

Namizədə tələblər

• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (informasiya texnologiyaları sahəsində)
• Microsoft SQL Server bilikləri yaxşı səviyyədə
• Proqram təminatının hazırlanması üzrə təcrübə
• Məlumat bazasının strukturu üzrə biliklər
• İT sahəsində sistem analitiki vəzifəsində iş təcrubəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Modellərin, blok-sxemlərin qurulması üçün istifadə olunan xüsusi proqramlarda işləmək bacarığı

Şəxsi keyfiyyətlər

• Analitik düşünmə bacarığı
• Komandada işləmə bacarığı

Əsas vəzifə öhdəlikləri

• Məlumatın saxlanılma bazasının yaradılması və təhlükəsizliyinin idarə edilməsi
• Korporativ hesabat və analiz sistemlərinin Microsoft (SQL Server) platformasında yaradılması
• MS SQL sistem bazasının administrasiyası
• Saxlanılan prosedur və tələbnamələrin kodlarının yazılması və təkminləşdirilməsi
• Şirkətin daxili biznes proseslərinin avtomatlaşdırılması

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən nahar

Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et