SME Kredit Mütəxəssisi | Banco.az
Rabitəbank

SME Kredit Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

"Rabitəbank" ASC Bakı, Qusar və Ağcabədi filiallarında SME Kredit Mütəxəssisləri vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Struktur: Korporativ və OKB kreditləri Departamenti

Vəzifə: Kredit Mütəxəssisi (SME üzrə)

Vəzifə öhdəlikləri:

Ø  Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;

Ø  Filialın kiçik, orta və iri kreditlərinin  planının icrasını və çarpaz satışını təmin etmək;

Ø  Kredit portfelinin keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək, təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;

Ø  Potensial müştərilərin təhlilini apararaq, müvafiq sənədləri kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;

Ø  Korporativ müştərilərin loyallığının təmin edilməsi üçün zəruri tədbirlər görmək;

Ø  Korporativ məhsulların təkmilləşdiriməsinə dair təkliflər vermək.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədə qarşı tələblər:

Ø  Ali təhsil (iqtisadi və maliyyə təhsili olanlara üstünlük verilir);

Ø  SME kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi;

Ø  Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

Ø  Analitik düşünmə qabiliyyəti;

Ø  Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;

Ø  MS Office proqramlarında sərbəst istifadə bacarığı;

Ø  Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Bakı/Qusar/Ağcabədi SME üzrə kredit mütəxəssisi göstərməyiniz xahiş olunur. 

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Ən sərfəli krediti almaq üçün müraciət et