Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi | Banco.az
Bank BTB

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC İnformasiya Texnologiyaları departamentininin Sistem idarə edilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İnformasiya Texnoalogiyaları departamentininin Sistem idarə edilməsi şöbəsinin baş mütəxəssisi

İş barədə məlumat:

∙Gündəlik sistemin monitorinqini həyata keçirmək, bütün proqram təminatının, server resurslarının, sistemlərin və  əsas proseslərin yararlılığını və  bütövlüyünü  yoxlamaq, sistem və proqram girişlərini nəzərdən keçirmək;

∙Gündəlik backup əməliyyatları həyata keçirmək;

∙LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə dəstəklənməni təmin etmək;

∙Sistemin səmərəli işləməsini təmin etmək

∙Sistem dizaynı komponentlərinin birgə lazımi səviyyədə işləməsini təmin etmək;

∙İstifadəçilər tərəfindən qeyd edilmiş problemləri aradan qaldırmaq;

∙Gələcək təkmilləşdirmə üçün tövsiyyələr vermək;

∙Şəbəkə və sistem təhlükəsizliyini qorumaq

∙Problemləri təhlil və təcrid etmək;

∙İstifadəçilərin yararlandığı şəbəkənin əlçətanlığı və təhlükəsizliyini təmin etmək məqsədilə monitorinqin həyata keçirilməsi;

∙Sistem performansını qiymətləndirmək və modifikasiya etmək. Texniki KPİ-lara cavabdeh olmaq;

∙Şəbəkə bütövlüyünü, serverin fəaliyyətini və təhlükəsizliyini qorumaq;

∙Şəbəkə bağlantısını texniki həllər ilə şirkətin LAN/WAN infrastrukturu üzərindən təmin etmək;

∙Şəbəkələri dizayn etmək və genişləndirmək;

∙Şəbəkənin ünvan təyinatını yerinə yetirmək;

∙Marşrutlaşdırma (routing) protokollarını və cədvəl konfiqurasiyasını təyin etmək;

∙Autentifikasiya konfiqurasiyasını və direktoriya servislərinin autentifikasiyasini təyin etmək;

∙Drayver, personal kompüter, printer və sair kimi şəbəkə vəsaitlərinin individual maşınlarda idarə edilməsi;

∙Şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaq və s.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Banklarda İT sahəsində iş təcrübəsi;
  • Azərbaycan, İngilis və Rus dillərində danışıq və yazı bacarığının olması;
  • Ünsiyyətqurma və operativlik bacarığı;
  • Analitik düşüncə;
  • Yaradıcıdıq və təşəbbüskarlıq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 31 Avqust, 2019-cu il tarixinədək cv@btb.az  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin baş mütəxəssisi göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç