Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC İnformasiya texnologiyaları departamenti, Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  1. Serverlərdə  əməliyyat sistemini tənzimləyir və proqram təminatının serverlərdə işlək vəziyyətdə olmasını təmin edir.
  2. Serverlərə və işçi stansiyalarına proqram təminatının quraşdırılmasını həyata keçirir.
  3. Daxili şəbəkənin digər sistemlərlə informasiya mübadiləsini təmin edir. İstifadəçilərin daxili və qlobal şəbəkələrə girişini təmin edir.
  4. İstifadəçiləri qeydiyyatdan keçirir, onlara identifikatorlar və şifrələr təyin edir.
  5. İstifadəçilərin və şəbəkə proqram təminatının səhvlərini aşkar edir və sistemin fəaliyyətini bərpa edir.
  6. İnformasiya sistemləri və şəbəkə resurslarından istifadə üzrə bankdaxili treyninqlər keçirir.
  7. Sistemlərin təhlükəsizliyini təmin edir.
  8. Sistemlərdə virusların mövcudluğunun mütəmadi yoxlanılmasını aparır.
  9. Kənar şirkətlər tərəfindən aparılan montaj-quraşdırılma işlərinə nəzarət edir, nəticələri barədə bilavasitə rəhbərliyə məlumat verir.
  10. Kompüter şəbəkəsinin monitorinqini həyata keçirir və şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlayır.
  11. Yeni texnologiyaların inkişafını izləyir və daxili infrastrukturda tətbiqi yollarını araşdırır.
  12. Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.

Namizədə tələblər:

  • ali təhsil;
  • ingilis və rus dili bilikləri;
  • sistem və şəbəkə texnologiyaları sahəsində dərin biliklərə malik olmalı;
  • sərbəst düşünmə və qərar vermə qabiliyyəti;
  • ən azı 2 il əmək stajı;
  • kollektivdə işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31.07.2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et