SİSTEM ADMİNİSTRATORU | Banco.az
Bank Avrasiya

SİSTEM ADMİNİSTRATORU

Vakansiya haqqında məlumat: 

Şəhər - Bakı

Yaş - 25 - 35 

Təhsil - Ali

İş təcrübəsi - 3 ildən 5 ilə qədər

 

Telefon - (012) 598-85-85

E-mail - [email protected]

İş barədə məlumat

- Şəbəkə xidmətinin daimi işləməsini təmin edir, mərkəzləşmə üsulu ilə işlənilən və şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat sistemləri, səsli və informasiya kommunikasiyaları sistemlərini saxlayır 
- Serverləri istifadə edərək maliyyə baxımından inteqrallaşdırılmış kompyuter sistemlərini istifadə zamanı saxlayır, gücləndirir və inkişafını təmin edir 
- Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyini və daimi işləməsini 
təmin edir 
- Elektron poçtun daimi işləməsini təmin edir 
- Bankın bütün şöbələrini idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə 
təmin edir 
- Məlumatların təhlükəsizliyi və saxlanmasını təmin edir 
- Məlumatın elektron arxivləşmə işini təşkil edir 
- Server avadanlıqlarının administrasiyası və texniki dəstəyi 
- Virtualaşma sistemlərinin administrasiyası və texniki dəstəyi 
- Yedəklənmə sistemlərinin adminstrasiyası 
- Proqram təminatının monitorinqinin məhsuldarlığı 
- Korporativ poçt sisteminin administrasiyası və texniki dəstəyi 
- Problemlərin həlli üçün texniki dəstək və proqramçılar ilə qarşılıqlı əlaqənin yaradılması 
- Sistem problemlərinin həlli və diaqnostikası avadanlığının quraşdırılması və sazlanması 
- Dəyişikliklərin sənədləşdirilməsi

Namizədə tələblər

- Ali təhsil 
- Banklarda İT sahəsində ən azı 3 il iş təcrübəsi 
- Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows 7-8.1, Windows Server 2008/2012, 
Terminal Server, MS Active Directory, DNS, DHCP, WSUS 
HP,IBM və Dell server avadanlıqları üzrə iş təcrübəsi 
- Yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication 
- Virtualaşma üzrə iş təcrübəsi: VMware Vcenter, ESXi 5.5 - 6 
- Antivirus sistemləri ilə iş təcrübəsi 
- İnfrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı 
olmalı 
- Dil bilikləri 
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
- Ünsiyyətqurma və komandada işləmək bacarığı 
- Analitik təhlil bacarığı 
- Operativlik bacarığı 
- İşə yaradıcı yanaşmalı, yeni ideyalara malik olmalı

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] 
ünvanına göndərəsiniz. 
CV-ni göndərərkən email-ın mövzu hissəsində Sistem Administratoru vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et