Sənədli əməliyyatlar şöbəsində mütəxəssis | Banco.az
Azər Türk Bank

Sənədli əməliyyatlar şöbəsində mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Baş ofis. Korporativ Bankçılıq Departamentinin Sənədli əməliyyatlar şöbəsində mütəxəssis

 

Namizədə olan tələblər

  • Ali təhsil
  • Azərbaycan və ingilis dillərini səlis, Rus dilini yaxşı səviyyədə bilməli
  • Komanda tərkibində işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı
  • Qarantiya və Akkreditivlərlə minimum 1 illik iş təcrübəsi
  • MS Office proqramlarından istifadə bacarığı

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Vəzifə öhdəlikləri

  • Bank Əməliyyat Sistemində Qarantiya və Akkreditivlərin qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək
  • Qarantiya və Akkreditivlər üzrə hesabatları izləmək, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatları izləyərək prosedura uyğun addımlar atmaq
  • Sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq, hesabatları hazırlamaq
  • Sənədli əməliyyatların aparılmasına dair qaydaları və işə aid digər qayda və təlimatları aktiv şəkildə öyrənmək
  • İşə aid bütün daxili iş mərhələləri, hüquqi proseslər, daxili və beynəlxalq prosedurlar və qaydalar haqqında məlumata malik olmaq
  • Korporativ Xidmətlər üzrə bankın filial və departamentlərin əməkdaşlarına sənədli əməliyyatların aparılması ilə bağlı konsultasiya vermək

Siz də bizim peşəkar komandanın üzvü olmaq istəyirsinizsə CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Ən sərfəli krediti almaq üçün müraciət et