Şəbəkənin optimallaşdırılması şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Şəbəkənin optimallaşdırılması şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Öhdəliklər:

  • Filial şəbəkəsinin optimallaşdırılması üzrə nəzərdə tutulan iri layihələrin həyata keçirilməsi;
  • Filialların satış və xidmət üçün uyğun ərazidə yerləşməsının təmin edilməsi;
  • Yeni yaradılan filiallarda müştərilərə xidmətdə, dizaynda, kadr üzrə, proqram təminatı üzrə, marketing və s. üzrə  qəbul olunmuş standartlaşdırmanın təmin olunması;
  • Filialda işçilər üçün yaradılan, müştərilər üçün təklif olunan şəraitin yüksək səviyyədə olmasının təşkili;
  • Filial şəbəkəsinin optimallaşdırılması üzrə tez-tez yeni layihələr hazırlayıb rəhbərliyə təklif edilməsi, bəyənilmiş təkliflərin icrasının əlaqədar departamentlərlə həyata keçirilməsi.

Tələblər:

  • Ali iqtisadi və ya hüquq təhsili;
  • Filial sahəsində minimum 2 il təcrübə;
  • Bank qanunvericiliyinə bələdlik;
  • Bazarı təhlil qabiliyyəti;
  • Filialdaxili proseslər haqqında məlumatlılıq;
  • MS Office-dən istifadə bacarığı;
  • Mükəmməl Azərbaycan dili biliyi (ingilis və rus dillərini bilən namizədlərə üstünlük verilir)
  • Regionlara ezamiyyətə getmək imkanına malik olma.

Xüsusi bacarıqlar

  • İşə yaradıcı yanaşma;
  • Çeviklik və ünsiyyətcillik;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Komanda işini bilən.

Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "Şəbəkənin optimallaşdırılması” qeydi ilə [email protected]  ünvanına göndərəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et