Şəbəkə inzibatçısı | Banco.az
ABB

Şəbəkə inzibatçısı

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Şəbəkə inzibatçıları axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • LAN/WAN şəbəkəsi və IT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
  • Şəbəkə avadanlıqlarının (Cisco router, switch və s.) funksionallığını maksimum səviyyədə artırılması, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlaması;
  • Router, Switch və Firewall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq hazırlanması;
  • Şəbəkə problemlərini müəyyən edilib həll edilməsi;
  • Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqinin aparılması;
  • Şəbəkə trafikinin optimallaşdırılması;
  • Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən, yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
  • IT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icra edilməsi.                                                                                                                                        

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
  • Cisco (switch, router, firewall) avadanlıqlarının konfiqurasiya, sazlanma və quraşdırılması üzrə iş təcrübəsi;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik və detallara diqqət etməkbacarığı.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  29 aprel 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Network administrator” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et