Risklərin təhlili üzrə baş mütəxəssis | Banco.az
AFB Bank

Risklərin təhlili üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Risklərin idarə edilməsi departamentinə Risklərin təhlili üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Risklərin təhlili üzrə baş mütəxəssis

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• İqtisadiyyat, maliyyə, riyaziyyat, statistika və ya digər dəqiq sahələr üzrə sahədə ali təhsil;

• Risklərin idarə edilməsi sahəsində azı 2 il təcrübə;

• Portfel və hesabatları təhlil etmək bacarığı;

• Statistik və riyazi biliklərə sahib olmaq;

• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;

• Makro iqtisadi biliklər;

• Makro iqtisadi göstəricilərin analizi və stress testlərin aparılması üzrə biliklər;

• Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;

şə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;

• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

İŞİN TƏSVİRİ:

• Bankın kredit riskinə məruz qalma səviyyəsini analiz etmək;

• Makro iqtisadi göstəricilərin analiz etmək və stress testlərin aparmaq;

• Kredit risklərinin idarə edilməsi üzrə yeni alətlərin və metodların tətbiqi barədə təkliflər etmək;

• Kredit risklərinin idarə edilməsi üzrə qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsi işinin aparılması;

• Bankın kredit portfelini mütəmadi olaraq təhlil etmək;

• Mövcud kredit portfelində kredit risklərinin azaldılması və ya riskin ötürülməsi üzrə təkliflər vermək;

• Kredit riski limitlərinin təyin edilməsi barədə təkliflər vermək, eləcə də kredit riski sahəsi üzrə təsdiqlənmiş limitlərə riayət edilməsinə nəzarət etmək;

• Kredit risklərinin xəritəsini hazırlamaq, PD hesablamaq, Transmission matrix və Vintaj analizlər aparmaq;

• Kreditlərin verilməsinin təlimatlara, normativlərə, qaydalara, risk siyasətinə uyğun aparılmasına nəzarət etmək;

• İlkin və sonrakı dövrlərdə kredit sahəsində ehtimal edilən riskləri müəyyən etmək və qiymətləndirmək;

• Müxtəlif alətlər əsasında stres-testlərin keçirilməsini icra etmək;

• Maliyyə sabitliyi üçün riskləri tədqiq edir və yarana biləcək mümkün makro iqtisadi risklərin mitiqasiyası üçün təkliflər verir;

• Maliyyə bazarları üzrə tədqiqatlar aparır, modellər qurur və təkliflər verir;

• Maliyyə bazarlarında kredit riskləri üzrə  stress-testlərin aparılması üçün makroiqtisadi şok ssenarilərinin müəyyən edilməsində iştirak edir.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Risklərin təhlili üzrə baş mütəxəssis qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Ən sərfəli krediti almaq üçün müraciət et