Risklərin İdarə olunması departamentinin Şöbə Rəisi | Banco.az
Kapital Bank

Risklərin İdarə olunması departamentinin Şöbə Rəisi

Vakansiya haqqında məlumat: 

“Kapital” Bank  ASC namizədləri  Risklərin İdarə olunması departamentinə Şöbə rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün  təkliflərin verilməsi;
• Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;

Tələblər:

• İnsanları idarə etmə təcrübəsi;
• Risklərin idarə olunması, maliyə, audit/ mühasibatlıq üzrə azı 3 il təcrübə (idarəçilik təcrübəsinə üstünlük verilir);
• MS Office, xüsusilə MS Excel-dən təkmil istifadə bacarığı;
• İngilis və rus dilləri - sənədləşmənin və peşəkar ədəbiyyatın oxunması;

• Xüsusi bacarıqlar: 
o məntiqi və analitik düşünmə tərzi, 
o yüksək təqdimat bacarığı, 
o kollektivdə çalışma, 
o ünsiyyət qurmaq qabiliyyəti.

Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "Risklərin idarə olunması”  qeydilə  [email protected]  ünvanına göndərəsiniz.

Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!

Ərizə qəbulu üçün son tarix – 5 sentyabr 2014 il.

Ən sərfəli krediti almaq üçün müraciət et