Risklərin idarə edilməsi şöbəsinin rəhbəri | Banco.az
Bank BTB

Risklərin idarə edilməsi şöbəsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Risklərin idarə edilməsi şöbəsinin rəhbəri

  1. Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır.
  2. Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı RİK-ə və İdarə Heyətinə təqdim edir.
  3. Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər verir.
  4. Risk xəritəsini hazırlayır və onun icrasına nəzarət edir.
  5. Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal məlumat verir.
  6. Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən  proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir.
  7. Aidiyyatı  struktur  bölmələrlə  birgə  stress-testlər  keçirir  və  müəyyən  edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır.
  8. Bankdaxili qaydalara müvafiq olaraq, şöbənin  fəaliyyəti barədə hesabatlar hazırlayır.

Namizədə tələblər:

  • ali iqtisadi, ali hüquqi və ya biznes üzrə təhsil;
  • bank və çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik sahəsində biliklər;
  • banklarda risklərin idarə edilməsi sahəsində təcrübə;
  • ən azı  4 il bank sahəsində iş təcrübəsi;
  • idarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti .

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 20 Avqust 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi şöbəsinin rəhbəri)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et