Risklərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi / Baş mütəxəssisi | Banco.az
Rabitəbank

Risklərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi / Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC-nin Kart Biznesi Departamentinin Risklərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi / Baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan,
pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

 Müştərilərin ərizələri əsasında etiraz (Chargeback) əməliyyatları üzrə araşdırmalar aparmaq
və aidiyyatı üzrə cavablandırmaq;
 Mastercard və Visa beynəlxalq ödəniş sistemlərinin online fraud sistemləri üzrə risk
bildirişlərinə nəzarət və müştəriyə müvafiq bildiriş məktublarının göndərilməsi;
 Beynəlxalq ödəniş sistemləri Mastercard / Visa üzrə Fraud proqramlarını monitorinq etmək;
 Azericard Online Risk Monitorinq proqramında risk qaydalarını monitorinq etmək və risk
qaydaları üzrə hesabatlar hazırlamaq;
 Pos-terminallar üçün Manual-Key Entry xidmətinin açılması və riskli əməliyyatlar üzrə
gündəlik monitorinqin aparılması;
 Dünyada baş verən kart və elektron dələduzluq, kibercinayət hallarını izləmək, bu sahədə
təcrübən toplamaq və tətbiq etmək;
 Risklərin onlayn monitorinqi sisteminin adekvatlığı, risklərin idarə edilməsi prosesinin
səmərəliliyi və üzləşdiyi risklərin statusu haqqında daimi hesabat təqdim etmək;
 Beynəlxalq Ödəniş Sistemlərinin tələb olunan risk və əməliyyat qaydalarına riayət etmək.


Vəzifəyə olan tələblər:

 Ali təhsil;
 Sahə üzrə 2 illik iş təcrübəsi arzuolunandır;
 Yüksək ünsiyyətqurma qabiliyyəti və komanda tərkibində işləmə bacarığı;
 Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
 Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis dili biliyi.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart Biznesi Departamenti” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et