Risk departamentinin direktoru | Banco.az

Risk departamentinin direktoru

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər

  • Ali təhsil
  • Məsuliyyətli olmalı;
  • Komandada işləmə bacarığı,
  • Ünsiyyət qurabilmə qabiliyyəti;
  • Risklərin idarəedilməsi üzrə   bank sferasında  minimum 5 il iş təcrübəsi;

Vəzifə öhdəlikləri:     

  • Bank fəaliyyətinə xas olan riskləri müəyyən edir və onların idarə olunmasının, daxili nəzarət sistemlərinin adekvatlığını və effektivliyini qiymətləndirir;
  • Risklərə nəzarət-təhlil üsullarının müəyyən edir və müvafiq risk xəritəsinin tərtib edilməsini təşkil edir;
  • Bankda risklərin idarə edilməsi sistemlərinin yaradılması və prosedurların layihələrinin hazırlanmasını təmin edir;
  • Bankın bütün aktiv və passiv əməliyyatları üzrə müəyyən olunmuş risk limitlərinə gündəlik nəzarəti təşkil edir;
  • Bankın fəaliyyətində riskli sahələrin sığortalanması prinsiplərinə riayət olunmasına gündəlik nəzarəti təşkil edir.
  • Ehtimal olunan risk modellərinin hazırlayır;
  • Bankda risk sahələri üzrə müxtəlif ssenarilər əsasında stress-testlər həyata keçirir;
  • Bankın struktur bölmələrini risklərin idarə olunmasının prosedurları ilə tanış olmasını təşkil edir;
  • Bankın struktur bölmələrinə risklərin idarə edilməsi üzrə metodiki məsləhətlər verir;
  • İdarə heyətinə risklərin idarə edilməsi haqqında, eləcə də bank və biznes bölmələri səviyyəsində risklərin cəmlənməsi haqqında mütəmadi olaraq hesabatlar hazırlayıb təqdim edir; 
  • Risklərin idarə edilməsinə dair İdarə Heyətinə və Risklərin idarə edilməsi Komitəsinə təkliflər təqdim edir;
  • Müşahidə Şurasının, İdarə Heyətinin və bankdaxili komitələrin risklərin idarə edilməsi sahəsində qəbul etdikləri qərarların icrasını təmin edir;
  • Risklərin idarə edilməsi ilə bağlı Bankın struktur bölmələrinə verilmiş tapşırıqların icrasının nəzarətini təşkil edir; 
  • Bankdaxili prosedurlarda risklərin düzgün müəyyən olunması, qiymətləndirilməsi və sığortalanması prinsiplərinə riayət olunması barədə rəy verir;
  • Yeni bank məhsulu və xidmətlər üzrə risklərin düzgün müəyyən olunmasına rəy verir;
  • Departamentin əməkdaşlarının vəzifə təlimatlarını təsdiq edir, işçilər arasında səlahiyyət bölgüsünü aparır;
  • Departamentin işçilərinə verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarəti həyata keçirir, habelə işçilərin əməyini qiymətləndirir və təlimə olan tələbatını öyrənir;

CV-ləri  Risk_ direktor  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et